• $
  • €
  • ₽
  • ₺
  • £

Rütbəsi alınan polkovnikin ailəsinin müraciəti rədd edildi

Rütbəsi alınan polkovnikin ailəsinin müraciəti rədd edildi
15.06.2018 19:46
Həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun ailəsinin məhkəməyə müraciəti geri qaytarılıb.
Anews.az bildirir ki, qafqazinfo-nun verdiyi xəbərə görə, onun arvadı Şəhla Ələkbərova ərinin əmlakının onlara qaytarılmasını tələb edib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərovun 1,3 milyon manatlıq əmlakı cinayət yolu ilə əldə edilmiş mülk kimi müsadirə edilib. Həmin əmlakların zərərçəkənlərdən yalnız Akif Qurbanova dəyən ziyanın ödənilməsinə yönəldilməsi üçün qərar verilib. V.Ələkbərovun ailəsi isə varidatın geri qaytarılmasını istəyib.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda məlum olub ki, hökmdən apellyasiya şikayəti verilmə müddəti bitib. Buna görə də işə baxılmayıb. Apellyasiya şikayəti hərəkətsiz saxlanılıb, iş baxışdan çıxarılıb. Müddətin bərpa edilməsi üçün Bakı Hərbi Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Bakı Apellyasiya Məhkəməsi isə  V.Ələkbərovun cəzasını 5 ilə endirib. 
İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol