• $
  • €
  • ₽
  • ₺
  • £

“Google”, “facebook” və “instagram”da işləyən azərbaycanlılar – FOTOLAR

“Google”, “facebook” və “instagram”da işləyən azərbaycanlılar – FOTOLAR
16.06.2018 12:12
Texnologiya nəhəngi şirkətlərdə, "Facebook”-da, "Google”-da işləmək bir çox azərbaycanlı üçün əlçatmaz görünür.

Ancaq öz zəkası, bacarığı ilə önə çıxan və hazırda belə böyük şirkətlərdə çalışan onlarla həmyerlimiz var. Onların beynəlxalq şirkətlərə işə başlaması heç də asan başa gəlməyib, ancaq sonda istədikləri mərhələyə çata biliblər.

Minval.info bu məqalədə dünyanın müxtəlif ölkələrində texnologiya nəhənglərində, böyük kommersiya şirkətlərində çalışan uğurlu həmyerlilərimiz barədə məlumat verir:

Hazırda "Facebook” şirkətində çalışan bir azərbaycanlı ailə var. Aytəkin Əliyeva və həyat yoldaşı İbrahim Əliyev "Facebook” daxilində müxtəlif layihələrdə çalışırlar. Əslində, Aytəkin Əliyeva "İnstagram”-da çalışır, amma bildiyimiz kimi bu sosial şəbəkə də "Facebook” şirkətinə məxsusdur. Aytəkin xanım Lənkəran Dövlət Universitetini bitirib, bir müddət müəllim kimi fəaliyyət göstərib. Bir çox beynəlxalq layihələrdə iştirak etdikdən sonra, sosial mediaya olan marağı onu Amerikada Yeni media üzrə təhsil almağa aparıb. Daha sonra da "Facebook”-un bir layihəsində kontraktor vəzifəsində işləməyə başlayıb.
Həyat yoldaşı İbrahim Əliyev isə Mədəniyyət və İncəsənət Universitetində teatrşünaslıq ixtisasına daxil olub, ancaq 1 il sonra başqa sahədə təhsil almaq istəyib. Kooperasiya universitetində biznes və maliyyə ixtisasına yiyələnib. Əvvəlcə, Londona dil kursu üçün gəlib, sonra burada marketinq sahəsində oxuyub. Nəhayət, Amerikaya gedib çıxıb və bir neçə uğursuz cəhddən, sonra da uzun müsahibələrdən, çətin proseslərdən keçərək "Facebook”-da işə düzəlib.
 

Dünyanın ən böyük transmilli şirkətlərindən biri "Google”-da da azərbaycanlılar çalışır. Amerika şirkətinin Avropadakı baş ofisində işləyən Turqut Baxşəliyev marketinq ixtisası üzrə İrlandiyada təhsil alıb. "Google” şirkətində əvvəlcə account-coordinator, hazırda isə account-strateg kimi çalışır.


"Google” şirkətinin digər bir azərbaycanlı əməkdaşı Röyal Paşayev 2007-ci ildə "HOST” rep qrupunun yaradıcılarından biridir. Onun əsl ixtisası jurnalistikadır, amma daha çox reklam agentliklərində çalışıb. Qrafik dizayn sahəsində özünü inkişaf etdirib və hazırda şirkətin layihələrindən birində dizayner kimi çalışır.
 

Ən çox istifadə edilən mikrobloging şəbəkəsi "Twitter”-də çalışan Tural Bədirxanlı əvvəlcə "Nanomedia” şirkətini yaradıb və bu şirkəti "Tvitter-"ə satıb. Hazırda isə həmin şəbəkənin "Moments” adlanan bölməsində mühəndislik departamentində çalışır.
"NASA”-da işləyən yeganə azərbaycanlı Atilla Əsgərov Bakıda orta məktəbi bitirdikdən sonra İstanbul Texniki Universiteti və "Virginia Tech” universitetlərində texniki təhsil alıb. hazırda NASA-nın "WFIRST ” adlı layihəsində  "hardware engineer ” vəzifəsində çalışan Atilla, "WFIRST”teleskopunun infraqırmızı detektorlarının testi və dizaynı üzərində çalışır.

Nəinki texnoloji sahədə həmçinin, dəb dünyasında da azərbaycanlıların imzasını tapmaq mümkündür. "Gucci”-də işləyən yeganə azərbaycanlı Rövşən Kərimov xüsusi səhnə ayaqqabılarının tikilməsi üzrə mütəxəssisdir. Kərimov Memarlıq və İncənəsət universitetini bitirdikdən sonra Dərnəgüldə yerləşən ayaqqabı sexlərinin birində çalışıb, Azərbaycan müstəqillik qazandıqdan sonra taksi sürücüsü olub. 2000-ci illərdə xoreoqraf Zaur Teymurbəyovla səhnə ayaqqabıları istehsalına başlamaq üçün öz avtomobilini satıb. Dövlət ansamblı üçün səhnə başmaqları tikib və elə bu zaman ABŞ-a getmək üçün "Greencard” udub. Xanımı və iki övladı ilə Nyu-Yorka köçən Rövşən buradakı ikinci günündə özünə ayaqqabı sexində iş tapıb. Bundan sonra o, öz ayaqqabı biznesini yaratmağa qərar verib, tezliklə Nyu-Yorkun sayılıb-seçilən zümrəsində tanınmağa başlayıb, əlaqələrini genişləndirib. Öz işləri ilə "Gucci” şirkət nümayəndələrinin də diqqətini çəkib və artıq 3 ildir ki, orada çalışır.
 

Digər bir həmyerlimiz Vüsal Məmmədov isə Cənubi Koreyada "Hyundai və Kia” Şirkətlər Qrupunun Hyundai Mobis avtomobil hissələrinin istehsalı departamentinin təhlükəsizlik sistemləri (hava yastıqları, təhlükəsizlik kəmərləri və s.) üzrə beynəlxalq əməliyyatlar şöbəsində menecer vəzifəsində çalışır.
O, Qazaxda dünyaya gəlib. Azərbaycan Dillər Universitetində Koreya dili üzrə bakalavr təhsili aldıqdan sonra, təhsilini davam etdirmək üçün Cənubi Koreyaya yollanıb. Elə bu ölkədə qalıb uşaqlıqdan bəri maraq göstərdiyi avtomobil sənayesində çalışmağa qərar verib. Vüsal bildirib ki, orada əcnəbiləri çox sevməsələr də, işini bilən insanları əldən buraxmırlar.
 

Bu hələ beynəlxalq şirkətlərdə özünü doğrultmuş həmyerlilərimiz barədə qısa məlumatdır. Haqqında bilmədiyimiz hələ onlarla azərbaycanlı irili-xırdalı bir çox xarici şirkətdə çalışır. Göründüyü kimi, "kiçik ölkə” kompleksinə düşmədən, özünü inkişaf etdirən, təhsilinə diqqət ayıran və fürsətlərdən gözəl istifadə edə bilən hər bir azərbaycanlı qloballaşan dünyanın nəhənglərində özünə yer tuta bilər.
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol