• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qurumunda kütləvi işdən çıxarılma

Dövlət qurumunda kütləvi işdən çıxarılma
24.11.2014 16:02
Dövlət Miqrasiya Xidmətində yüksək və orta vəzifə tutan şəxlərin kütləvi şəkildə işdən çıxarılması prosesi başlayıb.

ANN.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1 ayda DMX-dən təxminən 10 nəfər yüksək rütbəli şəxs işdən çıxarılıb. Bunlardan xidmətin miqrasiya nəzarəti idarəsi və deportasiya şöbəsinin rəisi polkovnik-leytenat Əfrasim  Aşurbəyov və həmin idarənin əməkdaşları olan Xoşbəxt adlı baş leytenant, Emil adlı kapitan, Fariz Hacıyev və bir neçə əməkdaş işdən çıxarılıb. Həmçinin, qurumun Bakı Şəhər Miqrasiya İdarəsinin maliyyə bölməsinin rəisi Pərviz Əliyev, Tibb İdarəsinin inspektoru – maliyyəçi leytenant Səkinə, Mərkəzi Aparatın baş inspektoru Bəhram adlı mayor, Yevlax Regional İdarəsinin inspektoru leytenant Ayaz Yolçuyev və idarənin bir neçə əməkdaşı da işdən çıxarılanlar arasındadır. Məlumatda bildirilir ki, DMX-nin İş İcazələrinin verilmesi şöbəsinin inspektoru kapitan Elçin Əhmədov da işdən çıxarılıb. Bundan başqa qurumun çoxlu sayda əməkdaşının iş yerlərinin dəyişdirildiyi bildirilir.Məlumata görə, işdən çıxarılan heyətin böyük əksəriyyəti dövlət qulluğuna qəbul imtahanı ilə qurumda işləyənlər olub. DMX-nin adları çəkilən əməkdaşlarının işdən çıxarılmasına səbəb kimi korrupsiya və digər iş nöqsanları göstərilib. Lakin onların heç biri ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və ya prokurorluğa müraciət edilməyib. ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol