• $
  • €
  • ₽
  • ₺
  • £

“Paşinyan ətraf rayonları qaytara bilər, ən təhlükəlisi budur ki...” - Yevseyev

“Paşinyan ətraf rayonları qaytara bilər, ən təhlükəlisi budur ki...” - Yevseyev
28.05.2020 21:06
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəlişindən bəri ikinci dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Paşinyanın Qarabağa hansı məqsədlə gəldiyi açıqlanmır.
Anews.az virtualaz.org-a istinadən bildirir ki,bunun iki əsas səbəbi ola bilər-Dağlıq Qarabağdakı hərbi-polis rejiminin üzləşdiyi siyasi böhran və Bako Saakyanın istefaya məcbur edilməsinə aparan proseslər; erməni tərəfinin günlərdir Azərbaycanın təmas xəttinin Ağdam və Füzuli istiqamətlərinə "iri qoşun qruplaşması cəmləşdirməsi" ətrafında yaranmış panik vəziyyət.
Hansı ki, Xankəndindəki qondarma rejim bu "cəmləşməni" Azərbaycanın hərbi əməliyyatlara hazırlaşması kimi təqdim edir. Və qondarma rejimin bu təşvişi Paşinyanın "mən qarabağlı deyiləm, ona görə də Dağlıq Qarabağın adından danışıq apara bilmərəm" bəyanatı ilə bir vaxtda yaranıb.
Erməniyönümlü rusiyalı hərbi ekspert, ənənəvi olaraq Azərbaycana qarşı Rusiya erməni çevrələrinin təbliğat aləti kimi istifadə olunan, MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev "rusarminfo" portalına növbəti açıqlamasında deyir ki, Nikol Paşinyan qeyri-standart siyasətçidir və hələlik onun Qarabağ istiqamətində hansı addım atacağını təxmin etmək çətindir.
 
"İndi başa düşmək çətindir ki, erməni tərəfi bu məsələdə hansı addımları atacaq, çünki Nikol Paşinyan və onun hökuməti tapmacadır. Paşinyanın Qərbə çox ümid bağlaması Ermənistan üçün pis zarafat ola bilər. Paşinyan Qərbin köməyini, onun Azərbaycana mümkün təzyiqlərini və özünün Ermənistandakı nüfuzunu lazım olandan artıq dəyərləndirə bilər, nəticədə güc komponenti ilə kifayət qədər möhkəmləndirilməmiş addımlar atar. Mən bunu nəzərdə tuturam ki, Paşinyan bufer zonasına daxil olan ərazilərin (ətraf rayonların) qaytarılmasına gedə, bu isə bütün Qarabağın itirlməsi ilə nəticələnər"-Yevseyev deyib.
Rusiyalı ekspertin fikrincə Paşinyan Serj Sərkisyanın qərar vermədiyi bu addımı atmağa qadirdir və onun bütün məsuliyyəti indidən Xankəndinin üzərinə atması ən təhlükəli inkişaf ssenarisidir.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol