Goranboy sakini yuyucu tozdan zəhərlənib

Goranboyda zəhərlənmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Abbasqulular kənd sakini 1981-ci il təvəllüdlü Mirzəyeva Ofelya Hətəm qızı kimyəvi yuyucu dərman preparatı ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Qadının sözlərinə görə, o həyat yoldaşı ilə dalaşdığı üçün yuyucu toz qatılan su içərək zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























