Emin Ağalarov yeni biznese başlayacaq

Xalq artisti Emin Ağalarov Bakıda "Jara" adlı kanal və radio açmaq istəyir.
Anews.az xəbər verir ki, bu barədə ifaçı "Sputnik"ə müsahibəsində söyləyib.
Eminin fikrincə, "Jara" telekanalının Bakıya inteqrasiyası burada yerli Azərbaycan prodakşınını gücləndirə bilər. Eyni zamanda azərbaycanlı ifaçılar "Jara" festivalında çıxış etməklə Rusiyanın Birinci kanalına çıxa bilərlər.
"Biz sənətçilərimizi təşviq etməliyik. Azərbaycanın xaricində bunu etmək üçün isə onlar türklər kimi yaradıcılıq, repertuar, prodakşn səviyyəsini yüksəltməli, beynəlxalq məhsul yaratmalıdılar. Məsələn, Türkiyənin öz Tarkanı, Rafet El-Romanı var ki, onlar da ölkə xaricində çox məşhurdurlar. Bunun üçün bizdə də bütün imkanlar var, bizə yalnız media resursları lazımdır", - deyə Ağalarov bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























