Dünyada qaçqınların sayı rekord həddə çatıb

Dünyada qaçqınların sayı 2017-ci ildə rekord həddə – 68,5 milyona çatıb.
Anews.az "Report”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı iyunun 19-da məlumat yayıb.
Bildirilib ki, göstərilən rəqəmin yarısını yeniyetmələr təşkil edir.
Məlumata əsasən, son hesabat dövründə qaçqınların sayı dünya üzrə 3,1 milyon nəfər çoxalıb. Qaçqınların əksəriyyəti – 40 milyonu öz ölkələrinin daxilində yerlərini dəyişənlərdir.
Qaçqınların çoxu Suriya, Əfqanıstan, Cənubi Sudan, Myanma və Somalidəndir. Onların 85 faizi adambaşına düşən gəlirin orta səviyyəsi az olan ölkələrin, xüsusi ilə Livan, Pakistan və Uqanda vətəndaşlarıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























