• $
  • €
  • ₽
  • ₺
  • £

“Gördüklərimdən dəhşətə gəldim, hamı bir-birinə borcludur, icra başçıları isə…” –Qubad İbadoğlu

“Gördüklərimdən dəhşətə gəldim, hamı bir-birinə borcludur, icra başçıları isə…” –Qubad İbadoğlu
19.06.2018 21:44
"Bayram günü Tovuzdaydım, elə bil ki, Azərbaycana deyil, başqa ölkəyə səfər etmişdirm. Rayonlarda əsl natura iqtisadiyyatı formalaşıb. Gördüklərimdən və eşitdiklərimdən dəhşətə gəldim”.
Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu Feysbuk-dakı şəxsi səhifəsində yazıb.
O bildirib ki, Bakıda Mərkəzi Bank 200 manatlıq əskinas dövriyyə buraxır, amma bölgələrdə əhali dolana bilmir, qonşular hətta bir-birindən 1-2 manat borc istəyir və ya da aralarında natural formada mal mübadiləsi aparır: "Hamı bir-birinə və banklara borcludur. Tovuzda, Qazaxda, Ağstafada, Şəmkirdə, Gədəbəydə əksəriyyət gözləyir ki, kartof yetişsin, satıb, borclarını ödəsinlər. Kartofun kilosu isə hazırda 20 qəpikdir. Cəlilabad və Masallı kartofunun topdansatış qiyməti bundan da ucuzdur”.
Qubad İbadoğlu yazıb ki, bu hal yalnız Qərb bölgəsinə xarakterik deyil, mərkəzdə, cənubda, Aranda, Mil-Muğanda son aylar əlverişsiz keçən hava şəraiti taxıl sahələrini və meyvə bağlarına ciddi ziyan vurub: "Yerli icra hakimiyyətlərinin inhisarında olan aqro-lizinqlərdən kombaynları icarəyə götürə bilməyən kəndlilər taxıllarını vaxtında biçə bilmədiklərindən mayalarını belə batırmaqdadırlar. Bütün bunlar da pis idarəçiliyin, inhisarçılığın və korrupsiyanın nəticəsində baş verir. Bir tərəfdə kəndliyə kombayn verməyən mülkədar icra hakimləri, digər tərəfdə də əlverişsiz hava şəraiti aqrar sahəni bərbad günə qoyub”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol