• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 2 oğlan məktəbli qızı qaçırdı

Azərbaycanda 2 oğlan məktəbli qızı qaçırdı
20.06.2018 11:24
Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızı zorla avtomobilə mindirərək Yevlax rayonuna qaçıran şəxslər tutulub.

Anews.az-ın apa-ya istinadən xəbərinə görə, iyunun 12-də rayonun Korarx kənd sakini, 1986-cı il təvəllüdlü Xəlilov Rövşən Marif oğlu qonşusu olan qızı, Korarx kənd orta məktəbinin 11-ci sinif şagirdi A.C.-ni qaçırıb. Rövşən Xəlilov orta məktəbdən evə qayıdan 17 yaşlı qızı küçədə zorla tutaraq rayonun Yuxarı Nemətabad kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Maqsud Əhmədiyə oğlunun idarə etdiyi 03-BC-528 dövlət nömrə nişanlı "VAZ 21011” markalı minik avtomobilinə mindirib və Yevlax rayonunun Əkşəm kəndinə aparıb.

Qızın valideynləri dərhal Ağdaş rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan və yeniyetmə qıza zor tətbiq edərək onu qaçıran şəxslər tutularaq istintaqa təhvil verilib. Sağ-salamat ailəsinə təhvil verilən qız qonşusu Rövşən Xəlilovla ailə qurmaq istəmədiyini, bir kənddə yaşamalarına baxmayaraq onunla əvvəllər heç bir ünsiyyəti olmadığını və zorla qaçırıldığını bildirib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə (adam oğurluğu) cinayət işi açılıb. Hər iki şəxsi 10 ildən 15 ilədək həbs cəzası gözləyir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol