• $
  • €
  • ₽
  • ₺
  • £

16 yaşlı qızın şok videosu: TV-lər nəyi təbliğ edir?

16 yaşlı qızın şok videosu: TV-lər nəyi təbliğ edir?
29.05.2020 12:13
Bu görüntülərin yayımlanması əslində intiharın təbliğ edilməsidir.

Bu sözləri Axar.az-a açıqlamasında Biləsuvar rayonunda 16 yaşlı qızın intihar səbəbi ilə bağlı özünü öldürməzdən öncə çəkdiyi videogörüntülərin televiziya və saytlarda yayımlanmasına münasibət bildirən psixoloq Gülnar Orucova deyib. Psixoloq bildirib ki, bu cür görüntülərin yayımlanması psixoloji baxımdan yeniyetmələrə mənfi təsir edir:

"Yeniyetmələrin hərəsi bir cür fərqlənmək istəyir. Kimi görünüşü, kimi savadı, kimi də ölümü ilə ajoitaj yaratmaq arzusundadır. Bu baxımdan bu cür videoların sosial şəbəkələrdə və KİV-də yayılması yeniyetmələrə mənfi təsir edir. Bu gün intiharların artmasında bu cür videoların sosial şəbəkələrdə yayılmasının, həmçinin bəzi filmlərin, serialların rolu böyükdür”.

Məişət zorakılığı, ailədaxili münaqişələr, hansısa dini sektalara qatılmaq və ilk sevginin uğursuzluğu səbəbindən baş verən intihar hallarının son vaxtlar artdığını bildirən G.Orucova qeyd edib ki, daha çox 14-16 yaş arasında rast gəlinən bu hallara qarşı psixoloji təbliğat aparılmalıdır.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə qeyd edib ki, sözügedən videonun yayılmasına informasiya kimi baxırlar:

"MTRŞ-nin yetkinlik yaşına çatmayan uşaqların mənəvi inkişafı ilə bağlı xüsusi qayadaları var. Qaydalara görə, cinayət xarakteri daşıyan materiallar saat 23:00-dan sonra yayımlanmalıdır. Yeniyetmə qızın intihardan öncəki videosunun yayılması problem deyil və hər hansı qayda pozuntusu yoxdur. Əgər həmin qız videoda özünü assaydı, öldürsəydi, bu, problem yarada bilərdi. İntihar səhnəsinin açıq formada yayımlanması qanun pozuntusu hesab olunur. Amma bütün hallarda biz tövsiyə edirik ki, bu cür xəbərlər saat 23:00-dan sonra efirə verilsin”.

Qeyd edək ki, mayın 27-də Biləsuvar rayonunda 16 yaşlı Məmmədova Səkinə Nəsimi qızı özünü tövlədə asaraq intihar edib. O intihardan əvvəl video çəkərək nişanlısına göndərib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol