• $
  • €
  • ₽
  • ₺
  • £

Bulvarda bakılıların cibinə uyğun olmayan QİYMƏTLƏR

Bulvarda bakılıların cibinə uyğun olmayan QİYMƏTLƏR
24.11.2014 10:56
Yeni ilin gəlişi ilə əlaqədar olaraq Dənizkənarı Milli Parkda qiymətlər indidən od tutub yanır... Bu barədə musavat.com-a şəhər sakinləri xəbər veriblər.Sakinlər deyirlər ki, Dənizkənarı Milli Parkda köşklərə yaxınlaşmaq mümkün deyil. Çünki qiymətlər “əl yandırır”: “Ailəmizlə, yaxınlarımızla bulvara çıxırıq ki, bir az təmiz hava alaq, xoş vaxt keçirək və dincələk.Bəzən olur ki, hər-hansı bir içki, şirniyyat və ya siqaret almaq üçün köşklərə yaxınlaşırıq. Kənarda 1 manata olan bir şeyi, burada 1 manat 70 qəpiyə, 2 manata, bəzən də daha baha satırlar. Məcbur olub alırıq. Amma bu qədər baha olması düzgün deyil. Bu sözün əsl mənasında sui-istifadədir”.İnsanlar haqlıdır. Dənizkənarı Milli Parkda müştəri qismində yaxınlaşdığımız köşkdən gerçək qiymətini yaxşı bildiyimiz siqaret növünü almaq istədik. Satıcı normalda şəhərin bütün dükan və marketlərində 1 manat 50 qəpiyə olan siqareti bizə 2 manata təklif etdi. Bu qədər baha olmasının səbəblərini soruşduqda isə, Bulvar idarəsini günahlandırdı. - Bu siqaret hər yerdə 1.50 AZN-dir. Siz niyə 2 manata satırsınız?- Şirkət bizə baha satır.- Hansı şirkət? Axı bunun şirkətdə satış qiyməti 1.40 AZN-dir.- Daha dəqiq desək, Bulvar idarəsi bizə bu siqareti 1.80 AZN-ə verir. Biz də 2 manata satırıq. Cəmisi 20 qəpik qazanırıq.- Qiymətləri idarə tənzimləyir?- Bəli.Digər köşklərdə də vəziyyət eyni idi. Hər şey normaldan çox baha satılırdı. İstəyirsən al, istəmirsən, alma...“Dənizkənarı Milli Parka insanlar istirahət üçün gəlirlər, soyulmaq üçün yox. Marketlərin parka uzaq olmasından istifadə edirlər. Heç imkan verməzlər ki, yaxınlıqda market olsun. Bu, onlara sərf etməz. Üstəlik, dələduzdurlar. Görəndə ki, yanında bir xanım var, o dəqiqə normalda 2 manata satdıqları bir şeyi 3-4 manata satırlar. Sən də qızın yanında pərt olmamaq üçün məcbur olub alırsan. Belə şey olar?” - bu sözləri Bakı sakini Vurğun Xəlilov deyir.Eyni fikirləri söhbətləşdiyimiz digər şəhər sakinləri də səsləndirdilər. Görünən budur ki, Dənizkənarı Milli Parkda sözün əsl mənasında istirahət üçün gələnlərin hər birinə pul gözü ilə baxılır. Satıcılar vəziyyətə uyğun qiymət “oxuyurlar”. Misal üçün, köşkə yaxınlaşan ailədirsə və o ailədə balaca uşaq varsa, bu satıcı üçün günün qazancı deməkdir. Ata öz övladının istədiyini mütləq alacaq, bu da satıcıya sərf edir. Çünki satılan malların böyük hissəsinin üzərində qiymətlər yoxdur. Bu da satıcıya istədiyi qiyməti demək üçün mükəmməl şərait yaradır. Görünən budur ki, Bulvar rəhbərliyi qiymətləri qaldıraraq, yenilənən daş piltələrinin pullarını, həmin piltələrin üzərində gəzən insanlardan alır. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol