Millət vəkili: "Vergi yükünü azaltmalıyıq"

"Sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək".
Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitənin iclasında komitə sədri Hadı Rəcəbli deyib.
Onun sözlərinə görə, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır:
"Əmək və əhalinin sosial müdafiəsi naziri burada qeyd etdi ki, Azərbaycanda 1,2 milyon qeyri-formal məşğul insan var. Bu o deməkdir 1,2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək. Nəyə görə sahibkarlar gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur. 22 faiz işəgötürən ödəyir, 3 faiz işçi ödəyir. İşəgötürənin yükünü azaltmalıyıq. Biz burada bir balanslaşma aparmalıyıq ki, sahibkar işçiləri sığortaya cəlb etsin. Əks tədqirdə sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcək”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























