• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı hərbi paradda nə göstərəcək: Bell-412-dən LORA-ya kimi – FOTOLAR

Bakı hərbi paradda nə göstərəcək: Bell-412-dən LORA-ya kimi – FOTOLAR
29.05.2020 06:20
Bakıda keçiriləcək hərbi paradda ilk dəfə olaraq bu günə kimi nümayiş olunmayan yeni texnikalar dünyaya göstəriləcək.

Bu sözləri Oxu.Az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. 

O bildirib ki, ilk növbədə Azərbaycan Hərbi Hava Qüvvələrinə verilən ABŞ istehsalı Bell-412 helikopterlərini qeyd etmək lazımdır. 

"Bell-412-dən başqa biz paradda Mi-24, Mi-24Q, Mi-35 helikopterlərini, Mi-17 nəqliyyat və K-27 axtarış helikopterlərini görəcəyik. Bu helikopterlərlə bağlı biz artıq məlumatlıyıq. Bell-412 isə sürprizdir. Bu helikopter yalnız İtaliya və Azərbaycanda istifadə edilir”, - ekspert qeyd edib. 

Onun sözlərinə görə, bu helikopterin özəlliyi ondadır ki, ekipaj iki pilotdan ibarətdir və 14 nəfərlik şəxsi heyəti daşıya bilir. 

"Bu helikopter digərlərindən uçuş sürətinə görə fərqlənir. Bu döyüş maşınının dəyəri üç milyon dollardır”, - Cəfərov əlavə edib. 

Hərbi ekspert paradda nümayiş etdiriləcək bəzi texnikalardan danışıb:

"Bir neçə gün sonra Bakıda keçiriləcək paradda sözügedən texnikalardan başqa müxtəlif raket kompleksləri, təyyarələr, həmçinin yerli istehsal olan hərbi texnika nümayiş olunacaq.

Azərbaycan ordusunun silahlanmasına daxil edilən Belarus istehsalı "Polonez” və İsrail istehsalı "Lora” komplekslərinin meydanda görünməsi də gözlənilir”.



O bildirib ki, dörd gündən sonra Azərbaycan hərbi qüdrətini paradda nümayiş etdirəcək.
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol