Bakıda yüzlərlə çörək zibilliyə atıldı

Bakının Pirallahı adasının ərazisində vətəndaşların narazılığa səbəb olan biabırçı hadisə baş verib.
Anews.az Bizimyol.info-ya istinadla xəbər verir ki, adanın ərazisində fəaliyyət göstərən çörək sexlərinin biri satılmayan və geri qayıdan çörəkləri zibilxanaya atıb.
Bu, görənlərin hiddətinə səbəb olub.
Sakinlərin sözlərinə görə, anoloji halla bağlı yerli icra orqanlarına məlumat verilsə də, heç bir tədbir görülməyib.
Bununla bağlı açıqlama verən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları Şöbəsinin müdiri Mənsur Piriyev istehsalçı zavodun adının açıqlanacağı təqdirdə faktın araşdırılacağını bildirib.
Hazırda yüzlərlə çörəyi zibilxanaya tökən çörək sexinin adı dəqiqləşdirilir.
Ətraflı məlumat veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























