• $
  • €
  • ₽
  • ₺
  • £

"Araz" supermarketinin işçisini niyə öldürdülər? - TƏFƏRRÜAT

"Araz" supermarketinin işçisini niyə öldürdülər? - TƏFƏRRÜAT
22.06.2018 11:50
İyunun 20-də gecə saatlarında "Araz” Supermarketlər Şəbəkəsinin Maştağadakı filialının işçiləri arasında baş vermiş qanlı davanın təfərrüatları məlum olub. 

Anews,az Lent.az-a istinadən xəbər verir ki, bıçaqlanaraq öldürülən 22 yaşlı Vüqar Hüseynzadə supermarketdə kassir işləyirmiş. Onu çoxsaylı bıçaq zərbələri ilə öldürən 1997-ci il təvəllüdlü Surxay Əliyev isə marketdə balıq şöbəsində çalışırmış.

Hadisənin səbəbinə gəlincə, ilkin araşdırmalar zamanı məlum olub ki, iyunun 19-da supermarketin yeməkxanasında Vüqarla Surxay arasında kiçik mübahisə yaşanıb. Belə ki, kassir işləyən Vüqar Hüseynzadə yemək yemək üçün Surxaygilin əyləşdiyi masaya yaxınlaşıb və orada oturmaq istəyib. Bu zaman Surxay Əliyev iş yoldaşına kobud şəkildə həmin yerdə başqa şəxsin oturacağını, Vüqarın orada yemək yeməyə ixtiyarının çatmadığını deyib. V.Hüseynzadə mübahisəni böyütmək istəməyərək uzaqlaşıb və söhbəti işdən kənarda davam etdirmək istədiyini deyib.

Növbəti gün iş saatı bitəndən sonra onlar marketin qarşısında yenidən mübahisə ediblər. Mübahisə zəminində 21 yaşlı Surxay Əliyev bıçaqla iş yoldaşına hücum edərək ona çoxsaylı zərbələr endirib. Bu zaman supermarketin mühafizəçisi Kənan Səlimov araya girib və o da xəsarətlər alıb.

Artıq S.Əliyev həbs edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol