Ağstafada taxıl sahəsi yanır

Ağstafa rayonunda taxıl sahəsi yanmağa başlayıb.
Report-un məlumatına görə, yanğın rayonun "Şəkərli" stansiyasının yaxınlığında yerləşən taxıl sahəsində başlayıb.
İlkin məlumatlara görə, yanğına ərazidən keçən teplavozdan yaranmış qığılcım səbəb olub.
Hazırda əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub və təxminən 15 hektar ərazisi olan taxıl sahəsində baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























