• $
  • €
  • ₽
  • ₺
  • £

Meyxana qadağası yaşayan Kərimin son durumu

Meyxana qadağası yaşayan Kərimin son durumu
22.06.2018 16:27
Əvvəlki aylarla müqayisədə Ağakərimin vəziyyəti xeyli yaxşılaşıb.

Bu sözləri Kult.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov dostu, tanınmış meyxana ustadı Ağakərimin səhhəti ilə bağlı danışarkən deyib. O bildirib ki, həkim həmkarı Ağakərimə (Kərim Novruzov) meyxana ilə məşğul olmağı qadağan edib:

"Təxminən il yarım bundan əvvəl Kərim insult keçimişdi. Həmin vaxtı vəziyyəti çox ağır idi. Nə danışa, nə də yeriyə bilirdi. O xəstəxanada yatan vaxtı anası rəhmətə getdi. Bir az yaxşılaşandan sonra anasının öldüyünü öyrəndi. İstər-istəməz bu da Kərimə zərbə oldu. Əvvəllər lap pis idi. İndi vəziyyəti xeyli yaxşılaşıb, özünü idarə edə bilir. Buna baxmayaraq, həkimi sənətlə məşğul olmağa, həm də gəzməyə icazə vermir. Hərdənbir həyətə düşüb gəzir. İndi ona çox yorulmaq olmaz.

Axırıncı dəfə iki gün əvvəl görməyə getmişdim. Aydın Xırdalanlı, Mehman Əhmədli, Rəşad Dağlı, Pərviz Bülbülə, Yaşar Qafarlı və digər sənət dostları tez-tez ustada baş çəkirlər. Maştağa uşaqlarının əksəriyyəti Kərimi ziyarət edir”.

Ağakərim Novruzovun bacısı oğlu Rüstəm bəy isə saytımıza açıqlamasında meyxanaçının tezliklə efirə çıxacağını deyib:

"Bir həftəyə evlərində çəkiliş olacaq. İnşallah, tamaşaçılar Ağakərim bəyi efirdə görə biləcəklər”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol