• $
  • €
  • ₽
  • ₺
  • £

Dəhşətli İSTİLƏR GƏLİR: minlərlə insan təhlükədə - ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Dəhşətli İSTİLƏR GƏLİR: minlərlə insan təhlükədə - ALİMLƏRDƏN XƏBƏRDARLIQ
22.06.2018 22:01
Qlobal istiləşmə və iqlim dəyişikliyinin təsirləri narahatlıqları artırmağa başlayıb. Mütəxəssislər həddən artıq isti hava səbəbindən 2100-cü ildə 100 min nəfərin öləcəyini açıqlayıb.
Anews.az xəbər verir ki, araşdırmalara görə 1981-2010-cu illər arasında Avropa qitəsində hər il orta hesabla 3 min nəfər istidən dünyasını dəyişib. Mütəxəssislər bildirir ki, vəziyyət bu cür davam etsə, 2100-cü ildə 100 min nəfər istidən öləcək.
"Hər 20-25 ildən bir hava hərəkətliliyi səbəbindən isti hava dalğaları ilə üz-üzə qalmağımız normaldır. Lakin iqlim dəyişiklikləri səbəbindən artıq 3-5 ildən bir isti hava dalğalarının səbəb olduğu neqativ hallarla qarşılaşırıq", - deyə İstanbul Aydın Universiteti Təbii fəlakətlər təhsil, tətbiq və Araşdırma Mərkəzinin koordinatoru Sərhat Yılmaz bildirib.
Avropa Komissiyası Birgə Araşdırma Mərkəzinin yayımladığı hesabata görə, 2003-cü ildə İtaliya, Fransa, İspaniya, Almaniya, Portuqaliya, Belçika kimi Avropa ölkələrində isti hava ilə əlaqədar 70 minə yaxın insan ölüb. Asiyada da vəziyyət fərqli deyil. Təkcə 2015-ci ildə Hindistanda 2 mindən çox insan isti havanın qurbanı olub.

S.Yılmazın sözlərinə görə, bu cür halların səbəbi əslində bir çoxuna bəllidir:
"18 ölkənin 116 aliminin hazırladığı hesabata görə, bu cür isti hava kütlələrinin hakim olmasının səbəbi iqlim dəyişikliyidir. İnsanlar isti havanın mənfi təsirlərindən necə qoruna biləcəklərini öyrənməlidirlər. Fərdi olaraq qısamüddətli hava dəyişikliyinə qarşı özümüzü hazırlaya bilərik. Lakin daha uzunmüddətli dəyişikliklə mübarizə üçün insanlar güclərini birləşdirməli, iqlim dəyişikliyinə qarşı mübarizə aparmalıdır". (publika.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol