• $
  • €
  • ₽
  • ₺
  • £

Bağçada uşağın üzünə dağ basdığı iddia edilən müəllimədən xəbər var

Bağçada uşağın üzünə dağ basdığı iddia edilən müəllimədən xəbər var
23.06.2018 11:14
Xəbər verdiyimiz kimi, Azərbaycanda daha bir bağçada körpəyə qarşı şiddət göstərilib. Bu barədə Facebook sosial şəbəkəsində məlumat və fotolar yayılıb.
 
Məlumata görə, hadisə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında baş verib. Qeyd olunur ki, bağçada işləyən Gülnarə adlı müəllimə Sara adlı 1 yaş 6 aylıq körpənin üzünə dağ basıb. Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, "uşaq uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb". Bildirilir ki, uşağı ekspertizaya aparıblar və orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub.

Bununla bağlı BiG.AZ-a açıqlama verən körpənin anası Leyla İsmayılova bildirib ki, artıq bu vəhşiliyi tötədən müəllim işindən azad olunub: "Hadisə iyunun 21-də baş verib. Müəllimə iddia edir ki, bu ehtiyatsızlıqdan olub. Guya hansısa uşaq qızımın üzünü dişləyib. O, da çaydandan soyuq su töküb uşağın üzünə qoymaq istəyib. Bilməyərəkdən isti su töküb. Mən bununla bağlı hüquq-mühafizə orqanlarına və Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Mənim müraciətimə elə gecə ilə baxılıb. Artıq müəllimin işdən çıxma əmri verilib”. 
 
L.İsmayılova onu da bildirib ki, hazırda uşağın vəziyyəti yaxşıdır. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol