• $
  • €
  • ₽
  • ₺
  • £

Şortikə görə tənqid edilən qız "mini" geyindi - FOTO

Şortikə görə tənqid edilən qız "mini" geyindi - FOTO
23.06.2018 13:26
Bir neçə gün əvvəl Bakı metrosunda "şortik” geyindiyi üçün ətrafdakı insanların təzyiqinə məruz qalan Günay adlı qızın başına növbəti xoşagəlməz hadisə gəlib.

GoldNews.Az xəbər verir ki, Günay bu dəfə marşrut avtobusunda təhqir edilib. Bu barədə sosial şəbəkə istifadəçilərin biri özünün şəxsi hesabında yazıb. Statusu yazan xanım qeyd edib ki, onlar ötən gün Günay adlı xanımla bir avtobusda olublar.

"Qız mini geyinmişdi. İki nəfər oğlan onu narahat edir, nömrəsini istəyirdilər. Gördülər ki, qız "üz vermir", keçdilər qızın yanındakı uşağın yanına və başladılar ki, harda yaşıyırsınız, bacının nömrəsini bilirsənmi? Qız da axırda özündən çıxıb, "əl çək uşaqdan" dedi. Oğlan da "pişiyin əli ətə çatmayanda deyir, iylənmişdi" misalı olaraq, bayaqdan az qala nömrə üçün ayağına düşəcəyi qızı başladı təhqir eləməyə. Nə bilim sənin başını kəsərəm, mən sənə metrodaki oğlan deyiləm, sən fərli qız olsan, bu geyimdə şəhərə çıxmazsan, evindəki başıpapaqlı varsa, mənnən ona salam de, nə bilim nə. Bir sözlə, qıza olmazın təhqir, hədələrini yağdırdı".

Həmin xanımın sözlərinə görə, ən pisi də içəridə polis əməkdaşı olsa da, o, həmin oğlana bir kəlmə də demədi.

"İçəridə adam yol boyu qızı narahat edir, nömrə ala bilməyincə təhqir edir, hədələyir, nə polis nə də başqaları səs çıxarmırdı. Qız yarı yolda düşdü. İçəridəki qadınlar başladılar oğlana "halal olsun sənə, gərək saçından tutub sürüyərdin" deməyə. Qıza əxlaqsız, fahişə deyən kim. Başa düşdüm ki, o günkü metro söhbətində də qızın heç bir günahı olmayıb. Əsəbiləşib, təbii ki, mən də yolun yarsında düşdüm. İndi mən sizə sual verim: Heç kimə dəyib-dolaşmayan bir insan, sadəcə "mini" geydiyi üçün fahişədir, yoxsa yol boyu ona narahatçılıq verən, istədiyini almayınca təhqir edən, hədələyən o şəxs?"
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol