• $
  • €
  • ₽
  • ₺
  • £

Xırdalanda rəzalət: Şəhid məzarlığı dağıdıldı - Video

Xırdalanda rəzalət: Şəhid məzarlığı dağıdıldı - Video
23.06.2018 13:50
Xırdalan qəbiristanlığında Əfqan Şəhidliyi dağıdılıb.

Axar.az xəbər verir ki, qəbirlərin dağıdılmasını əks etdirən video sosial şəbəkədə yayılıb. Görüntülərdə Qarabağ müharibəsində bizimlə çiyin-çiyinə döyüşən və şəhid olan əfqanların məzarlarının uçurulduğu, baş və sinə daşlarının sındırıldığı öz əksini tapıb.

Xırdalan qəbiristanlığında "Əfqan şəhidləri xiyabanı” adlanan yerdə dağıdılan şəhid məzarları birinci Qarabağ müharibəsində Əfqanıstandan, xüsusilə Kabul, Qəndəhar, Nanqahar şəhərindən Azərbaycana könüllü olaraq gələn əsgərlərin məzarlarıdır. Sözügedən şəhidlər Füzuli və Ağdam cəbhəsində döyüşüblər.

Qəbiristanlıqda təkcə qəbirlər deyil, pilləkənlər, hasar daşları da dağılıb, şəhidlərə aid olan məzarıq hissə bərbad vəziyyətə düşüb.

Qeyd edək ki, bu şəhidliyin qurulması Azərbaycanın torpaqları uğrunda döyüşən insana – kimliyindən asılı olmayaraq – göstərdiyi sayğının nəticəsidir. Təəssüf ki, bu diqqət və qayğı kimlərinsə vəhşiliyi nəticəsində əks təbliğata çevrilir.

***

Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli Axar.az-a açıqlamasında sözügedən qəbiristanlığın başqa rayonun ərazisinə düşdüyünü deyib:

"Hadisə ilə maraqlanmışam. Məlumatınıza çatdırım ki, sözügedən ərazi Abşeron rayon ərazisinə düşmür. Səhv etmirəmsə, qəbiristanlıq Binəqədi rayon ərazisində yerləşir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol