• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda DƏHŞƏT — Sosial şəbəkədə tanış oldu...

Bakıda DƏHŞƏT — Sosial şəbəkədə tanış oldu...
23.06.2018 14:04
Qadının intim şəkillərini yayan şəxs kimdir?Yasamal Rayon Məhkəməsində qadını şantaj edərək pul tələb edən şəxsin məhkəməsi başlayıb.

Anews.az "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 182.1 maddəsi ilə təqsirləndirilən Bəşirov Elman Şahin oğlunun məhkəmə prosesinə hakim Ramin Qurbanov sədrlik edir. Cinayət işində zərərçəkmiş qismində Sultanova Rəna Rahib qızı tanınıb. 

Əvvəl sosial şəbəkədə tanış olub sonra isə şantaj edərək pul tələb edib.

İttiham aktına görə, Bakı şəhər sakini, 42 yaşlı Sultanova Rəna Rahib qızı sosial şəbəkələrin birində Elman adlı şəxslə tanış olub.

Onlar bir neçə vaxt sosial şəbəkədə danışandan sonra münasibətləri istiləşib. Bundan sonra onlar sosial şəbəkədə həm görüntülü danışıblar, həm də bir-birlərinə intim şəkillərini göndəriblər.

Bundan sonra Elman Bəşirov Rəna Sultanovanın şəxsi həyatı ilə bağlı məlumatlar əldə edib.

R.Sultanova ilə bağlı məlumatlar əldə edən Elman onu şantaj etməyə başlayıb. Qadından pul tələb edən Elman əks təqdirdə onunla olan görüntülü danışığının videosunu və göndərdiyi şəkilləri sosial şəbəkədə yayacağı ilə hədələyib.

Bu hədələrlə o, Rəna Sultanovadan iki dəfəyə 100 manat alıb.

Sonuncu dəfə Elman Rəna Sultanovadan 500 manat verməsini tələb edib.

Qadın şantaj olunması ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 41 yaşlı qadını şantaj edən Elman Bəşirov həbs edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol