• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan kəndində saxlanılan erməni əsgərin etirafları...

Azərbaycan kəndində saxlanılan erməni əsgərin etirafları...
23.06.2018 20:52
2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan arasında baş vermiş 4 günlük döyüşdə yaralanan erməni əsgər ailəsindən gizlədilib.
Anews.az teleqraf.com-a istinadən bildirir ki, iki il gizlədilən hərbçi bu müddət ərzində ailəsindən müalicə adıyla 11 min dolar pul istəyib və yemək göndərilməsini tələb edib. Ailə əsgərə lazım olan pul və yeməyi yollayıb, lakin 2 il onun harada saxlanmasından xəbərsiz olub.
Yaxınları mətbuata bildiriblər ki, ərzaq və pulu əsgərə tanımadıqları şəxs vasitəsilə çatdırıblar: "Əgər o, Ermənistanda saxlanılsaydı bilərdik, çox güman ki, Qarabağ, ya da Qarabağ ətrafındakı azərbaycanlı kəndlərindən birində saxlanılıb. Biz isə uzun müddət onun hərbi hissədə olduğunu düşünmüşdük".
Əsgərin özü komandirləri tərəfindən işğal altında olan Azərbaycan kəndində saxlanıldığını deyib: "Hərbi hissədən olan 15 nəfərlik qrup idi. Bir Azərbaycan kəndinə gəldik, mən ağır yaralanmışdım. Bizə müharibənin davam edəcəyini dedilər, lakin heç nə olmadı. Əvəzində ailəmdən pul göndərilməsini tələb etdilər.
2 il orada qaldıq, 11 min dollar və hər həftə yemək göndərdilər. Yeyib-içirdilər, müharibə də yox idi. Pul qrupa başçılıq edən kapitanın Qarabağdakı bank hesabına yatırılırdı.
Məni sərbəst buraxdıqda əlavə olaraq 15 min dram istədilər. Bunu da verib evə qayıda bildim.
Üstəgəl, Qarabağdakı hərbi hissələrdən benzin oğurlayıb satırdılar. Mənim kimi girov götürülmüş digər əsgər yoldaşlarımdan da pul alırdılar. Sonradan başa düşdük ki, bu adamlar fürsətdən istifadə edib əylənir, bizi isə girov saxlayırdılar".
Əsgərin ailəsi bu barədə dəfələrlə Ermənistan Müdafiə Nazirliyinə müraciət etdiyini bildirib, lakin müraciətlərə baxılmayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol