• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qəribə QADAĞA - RƏSMİ

Bakıda qəribə QADAĞA - RƏSMİ
25.06.2018 10:33
Bakının mərkəzində yaşayan sakinlər üçün maraqlı qadağalar tətbiq edilir.

BAKU.WS xəbər verir ki, şəhərin mərkəzində binalarda yaşayan sakinlərə eyvan və pəncərələrdə zivələrə paltar asmağa icazə verilmir. Bu barədə paytaxt sakinləri BAKU.WS-in "qaynar xətti”nə bildiriblər. Şikayətlər əsasən paytaxtın Yasamal, Səbail, Nərimanov, Nizami rayonları ərazisində yaşayan vətəndaşlardan bildiriblər.

Vurğulanıb ki, polislər məhəllələri gəzərək, zivələrə paltar asan vətəndaşlara xəbərdarlıq edib. Bildiriblər ki, yol kənarlarına baxan eyvanlardan zivələrə paltar asmaq qadağandır.

Güc strukturlarından bildirilib ki, bu barədə onlara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi göstəriş verilib. Göstərişə görə, şəhərin mərkəzində binalarda zivələrə paltar asmaq olmaz.

Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Bakı Meriyasının aparat rəhbəri Rasim Quliyev BAKU.WS-ə eksklüziv verdiyi açıqlamada qurumdan belə bir tapşırığın verildiyini təsdiqlədi. Onun sözlərinə görə, bu tapşırıq şəhərin gözəlliyinə xələl gətirməmək üçün verilib.

"Şəhərimizə çoxsaylı tursitlər gəlir. Bakının görünüşünü korlamaq olmaz. Yaşayış binalarında paltar asırlar. Yəqin razılaşarsız ki, küçənin ortasında eybəcər borulardan sallanan və üzərinə alt paltarından tutmuş müxtəlif geyimlərin asıldığı zivələr pis görünür. Bu vəziyyət estetik cəhətdən xoş görünmür və məqsədəuyğun deyil”, - deyə Rasim Quliyev bildirib.

Qeyd edək ki, Bakı meriyasının tapşırığına əməl etməyən sakinlər cəzalandırıla bilər. Hələlik cərimənin məbləği dəqiqləşdirilməyib. Lakin polisin tapşırığına əməl etməyib, tabesizlik edən vətəndaşlar barədə hüquq çərçivəsində tədbirlər görüləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol