• $
  • €
  • ₽
  • ₺
  • £

ATV-nin aparıcıları arasında qalmaqal

ATV-nin aparıcıları arasında qalmaqal
25.06.2018 14:14
ATV-nin iki məşhur aparıcısı- Aytən Səfərova və İlhamə Bədəlova arasında qalmaqal yaşanıb. "Qafqazinfo” xəbər verir ki, Aytən ötən gün instaqram səhifəsində səhhəti pisləşən həmkarı Hacı Nuran Hüseynovla şəklini paylaşıb. 

O,həmin fotoya belə şərh yazıb: "Əziz qardaşım Hacı Nuran, yastığın yüngül, canın sağlam olsun. Qoy, şəkil çəkdirənlər gəlib-getsin. Sən də Almaniyadan sağ-salamat qayıt, bacın da gəlib sənə baş çəkər. Fotosuz…”

Aytənin bu paylaşımına həmkarı İlhamə Bədəlova etiraz edib və fotoya rəy yazıb:

"Aytən Səfərova, xəstələrin ziyarətinə getmək Peyğəmbərimizin (s) əxlaqındadır və dinimizin ən mühüm ibadətlərindən biridir. Siz də bilirsiz ki, xəstənin həmişə gözü yolda olar və özünü kimsəsiz hiss edər. "Baxıram... sanki əsas şəkil çəkdirməkdir e, sən yox..." sözünüzü elə özünüzə geri qaytarıram. Ziyarətə gedənlər hamısı məşhur insanlardır, heç kim nə dəvətlə gəlib, nə də ki, əvəz gözləmir!

Çəkilən videolar, şəkillər və oxunan mahnılar da Hacı Nuranın istəyi ilə bağlıdır. Xoşniyyətli olduğunuzu göstərin, bu çıxışlarınızı heç kim bəyənmir. Bacı xəstə yatan qardaşın başı üstündə durandır. Bacı olsaydınız, gələrdiniz. Allah dostumuza şəfa versin”.

Daha sonra Aytənin cavabı İlhaməyə gecikməyib: "Əziz Peyğəmbərimiz belə işləri reklamsız, aləmə car çəkmədən bəyənərdi. Xəstələrin ziyarət edilməsi Peyğəmbər əxlaqındandırsa, bunun aləmə car çəkilməməsi ikiqat Peyğəmbər və imanlı əxlaqındandır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol