Volodin Azərbaycanı dəstəklədi

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsinə yol vermək olmaz.
anews.az "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Volodin Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə danışıb.
"Dağlıq Qarabağ məsələsi bizi narahat etməyə bilməz.
Siz bilirsiniz ki, Rusiya bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Münasibətləri pisləşdirmək istəyənlər insanların sülh şəraitində yaşamaq arzusuna əhəmiyyət verməyənlər gərginlik istiqamətində irəliləyir.
Bu yolun qarşısını almaq üçün hər şey etməliyik. Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı doğru və konstruktiv mövqe nümayiş etdirib”, - Volodin deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























