• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Nurandan TƏSİRLİ SÖZLƏR: “Heç kəs üzülməsin...” - FOTO

Hacı Nurandan TƏSİRLİ SÖZLƏR: “Heç kəs üzülməsin...” - FOTO
25.06.2018 21:43
"Mən həmişə sürpriz etməyi sevmişəm. Mənə də sürprizlər edəndə sevinmişəm. Həyatın mənə etdiyi sürprizlərə də hazır olmuşam. Allaha inamım mənə bəs edir ki, bu həyatın müvəqqəti olduğunu qəbul edim. Əlimdə olan ən balaca şansı da xidmət etməkdə gördüm. Kömək edəndə də Allaha xoş əməllərlə yaşamağa çalışdım. Xəstəlik gözlənilməyən qonaq kimidir. Nə vaxta istəsə, o vaxt da gəlir. Getmək vaxtını da özü bilir”.
Publika.az xəbər verir ki, bu sözləri keçən həftə ağciyərində 5 sm şiş aşkar olunan və təcili xəstəxanaya yerləşirilən aparıcı və "Həyat” fondunun təsisçisi Hacı Nuran Hüseynov instaqram hesabında yazıb. Hazırda müalicəsini Almaniyada davam etdirən Hacı Nuran Bakıda özəl xəstəxanada yatarkən dostlarının ona sürpriz edərək palatasına ağ poni gətirməsinin birmənalı qarşılanmamasına təəsüfləndiyini gizlətməyib. O, sözlərinə belə davam edib:
"Mənim pis vəziyyətimdə mənə mənəvi dayaq olan hər kəsə sağ olun deyirəm, haqqınızı halal edin. Kim məni sevindirmək üçün nə etdisə çox təşəkkür edirəm. Kimsə bu hadisəni adiləşdirirsə, onlar da sağ olsunlar. Allah heç kəsi kimsəsiz eləməsin - arxamda sadə, əsl məhəbbətlə sevən insanlar gördüm. Səmimi sözlər, dualar eşitdim. Heç kəs üzülməsin... Axı kim bilirsə sabah nə olacaq – desin... Heç kəs bilmir. Dostlarımın diqqəti - zarafatları - sürpizlərinə və xəstəliyimə "don” geyindirlərə demək istərdim: ömrünüzdə neçə xəstənin əlindən tutmusunuz? Allahın yaratdığı hansı canlıya cansız halda da yardım etmisiniz. Sözün dəyərini bilin və heç kəsin arxasınca danışmayın. O da böyük günahdir. Əgər Allaha inanırsınızsa...”

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol