• $
  • €
  • ₽
  • ₺
  • £

Parada görə narazılıq edən sürücüyə polisdən mükəmməl cavab - VİDEO

Parada görə narazılıq edən sürücüyə polisdən mükəmməl cavab - VİDEO
29.05.2020 02:23
Sosial şəbəkələrdə bir müddət əvvəl "Unibank”da ayaqyolu olmamasından şikayət edərək video yayımlayan xanım yenidən gündəmə gəlib.

anews.az "Avtosfer.az”a istinadən xəbər verir ki, bu dəfə xanım yol polisini ittiham edən video yayımlayıb.

Görüntülərdə Bakıda keçiriləcək hərbi paradla əlaqədar olaraq bəzi küçələr bağlanıb. Xanım isə ərazidə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşı Vüsal Qurbanov ilə mübahisə edir.

Xanım kobud şəkildə yol polisinə "yolu bağlamısan evimə gedə bilmirəm” deyir. YPX əməkdaşı isə ona sakit və mədəni şəkildə izah edir ki, yollar parada görə bağlıdır. Bir neçə gün belə olacaq. Hətta yol polisinin "əsgərlərimiz üçün bağlanıb, onlar səngərdə erməni ilə üzbəüz bizə xidmət edirlər" sözlərinə xanım "onlar mənə neyniyir ki?" deyərək cavab verib. Sonda YPX əməkdaşı xanıma piyada getməyi tövsiyə edib.

Qeyd edək ki, rəsmi dövlət tədbirləri ilə əlaqədar olaraq bəzi küçələrin bağlanacağı barədə əvvəlcədən xəbərdarlıq edilmişdi. Lakin təəsüflər olsun ki, bəzi vətəndaşlar "öz rahatlıqları üçün” narazılıq edirlər. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol