Bakıda piyada keçidindən istifadə etməyən kişini maşın vurub

Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bakının Binəqədi rayonunda piyadanı maşın vurub.
"Report" xəbər verir ki, hadisə 1971-ci il təvəllüdlü Məmmədov Firdovsi Məmməd oğlu Binəqədi şossesində, "Zəngəzur" şadlıq sarayının qarşısından piyada zolağının olmadığı hissədən keçən zaman baş verib.
Hadisəni minik avtomobilinin sürücüsü törədib.
Yaralı "təcili yardım"ın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























