Hamı bu videodan danışır - Paradda çəkilib

CBC telekanalının əməkdaşı Elmira Musazadənin dünən Silahlı Qüvvələr gününün 100 illik yubileyi ilə bağlı hazırladığı reportaj birmənalı qarşılanmayıb.
"Qafqazinfo” xəbər verir ki, vertolyot meydançasında stəndap deyən xanım jurnalistin həyatı üçün təhlükəli anlar yaşanıb. Belə ki, vertolyotlardan biri Elmiranın yaxınlığından keçib.
Sözügedən reportaj sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub. Məsələyə jurnalistlər də qarışıb. Bir qisim istifadəçi jurnalisti cəsarətli adlandırsa da, əksər media nümayəndələri isə jurnalisti həyatını bilərəkdən təhlükəyə atdığına görə qeyri-peşəkar adlandırıb.
Qeyd olunub ki, bu kimi çəkilişlərə icazə verildiyi üçün həm kanal rəhbərliyi, həm də nazirlik əməkdaşları cavabdehlik daşıyır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























