Diaspor rəhbərimizi naqillə boğub, şkafa saldılar

Antalyanın Finike vilayətində azərbaycanlı iş adamı Məcid Nuxiyevin cəsədi aşkar edilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı "Hürriyət” qəzeti yayıb. Portağal ticarətiylə məşğul olan Nuxiyevin cəsədi yaşadığı evin yataq otağındakı şkafda elektrik naqiliylə asılmış halda tapılıb.
Polisin ilkin araşdırması zamanı Nuxiyevin 5-6 gün öncə qətlə yetirildiyi bəlli olub.
Qeyd edək ki, Nuxiyev fevral ayından Antalyada yaşayırdı. O, buna qədər Ukraynanın Lvov şəhərindəki Azərbaycan diasporunun rəhbəri olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























