• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiyaçılara şad xəbər: 90 min nəfərin təqaüdü artırılacaq

Pensiyaçılara şad xəbər: 90 min nəfərin təqaüdü artırılacaq
27.06.2018 18:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Fərmanı ölkəmizdə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsində növbəti addımın atılmasına imkan verib.


Bu barədə Qaynarinfo-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.


Bu Qayda 1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının və sair ("Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan şəxslərin) qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin yenidən hesablanması qaydasını müəyyən edir.


Qeyd edək ki, "Əmək pensiyaları haqqında” Qanuna 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklərdən biri kimi, Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş həmin şəxslərin əmək pensiyalarının üzərinə qulluq stajına görə əlavələrin hesablanmasında staj tələbi və əlavəni almağa hüququn yaranması ilə bağlı yeni qayda tətbiq edilməyə başlanıb.


1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin edilmiş həmin şəxslərin pensiyalarına qulluq stajına görə əlavələrin hesablanmasının yeni mexanizmə uyğunlaşdırılması və əmək haqqında, təminat xərcliyində və dövlət məvacibində artımlar olduqda onların da pensiyalarını bu artımlara müvafiq artırılması təmin edilir.


Prezident İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” əsasında müvafiq kateqoriyalardan olan ümumilikdə 90 min nəfərə yaxın əmək pensiyaçısının əmək pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanaraq artırılacaq.


Edilmiş artımlar qeyd olunan şəxslərə növbəti ayın, yəni iyul ayının pensiyaları ilə birgə toplam halda ödəniləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol