• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı milyarder kosmos dövləti yaratdı

Azərbaycanlı milyarder kosmos dövləti yaratdı
28.06.2018 10:18
Əslən azərbaycanlı olan rusiyalı milyarder İqor Aşurbəyli yeni kosmik dövlət yaradıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Nyusvik” jurnalı yayıb. Jurnal yeni dövlətin adının Asqardiya olduğunu bildirib.

Asqardiya Yerdə hansısa əraziyə sahib olmasa da, artıq onun vətəndaşlığına sahib olmaq istəyən 200 min şəxsin olduğu açıqlanıb. Yeni dövlətin Ayda yaşayış məskənləri tikməsi planları olduğu vurğulanıb.

Yeni dövlətin özünün konstitusiyası, bayrağı, himni, seçilmiş nümayəndələri var. Asqardiyanın milli valyutası SOLAR kriptovalyutası hesab edilir.

Dövlətin yaradıcısı olan Aşurbəyli Asqardiyanın heç kimdən asılı olmayacağını elan edib:

"Biz Yerdən asılı olmayan ölkə yaradırıq. Bizim həmçinin Yerin asteroidlərdən müdafiə donanmamız da olacaq. Asqardiya dövlətdən daha çox, insanlığın inkişafında yeni addım olacaq. Kosmik məkan sonsuzdur. Kosmosda aparılan tədqiqatlar Homo Sapiensə (Ağıllı insan) imkan verəcək ki, öz növünü ölməz etsin”.

Qeyd edək ki, Asqardiya adı Skandinaviya əfsanələrindən birində yer alan səma şəhəri Asqarddan götürülüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol