• $
  • €
  • ₽
  • ₺
  • £

Kimlər sürücülük vəsiqəsini dəyişdirməli olacaq?

Kimlər sürücülük vəsiqəsini dəyişdirməli olacaq?
28.06.2018 14:47
Azərbaycanda yeni sürücülük vəsiqələri hazırlanacaq.

İlham Əliyev tərəfindən imzalanmış yeni qanunda bəzi müddəalar var: yaş dəyişiklikləri, yeni kateqoriyalar və s.

Yeni sürücülük vəsiqələri 2019-cu il yanvarın 1-də istifadəyə veriləcək. 

Bəs kimlər sürücülük vəsiqələrini dəyişdirməli olacaq və yeni dəyişikliklər nədən ibarətdir?

Bu suala Oxu.Az-a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov cavab verib. 

Onun sözlərinə görə, 2019-cu il yanvarın 1-dən Azırbaycanda yeni kateqoriyalı və alt kateqoriyalı sürücülük vəsiqələrin verilməsinə başlanacaq. 

"Bizim bu gün istifadə etdiyimiz sürücülük vəsiqələrində 4 kateqoriya mövcuddur. Yeni sürücülük vəsiqələrində yeni kateqoriya və alt kateqoriyalar öz əksini tapacaq: B1, D1 vəsiqələri 18 yaşdan yuxarı sürücülərə veriləcək, D1E kateqoriyasını isə 23 yaşdan yuxarı insanlar əldə edə biləcəklər”, - ekspert qeyd edib. 

O deyib ki, dəyişikliklərin tətbiqi təbii addımdır. 

"Misal üçün, əvvəllər kvadrosikl kimi nəqliyyat vasitələri olmayıb və əlbəttə ki, qanun bu tip nəqliyyat vasitələrinin sürücülərinə aid deyildi. 

A1 alt kateqoriyası 16 yaşdan yuxarı insanlara motorlu velosipedlər idarə etməyə imkan verəcək”, - A.Allahverənov əlavə edib. 

Daha bir vacib dəyişiklik yüksəktonajlı yük avtomobillərinin idarə olunmasını nəzərdə tutan C1E kateqoriyasının hazırlanmasıdır. Əvvəllər C kateqoriyası ilə bütün növ yük avtomobillərini idarə etmək mümkün idi, ancaq 2019-cu il yanvarın 1-dən bu cür avtomobilləri idarə etmək üçün C1E kateqoriyası da vacib olacaq. 

"Qeyd etmək lazımdır ki, yeni dəyişiklərə əsasən, B1 kateqoriyası kvadrosikl və trisikllara aid ediləcək. 

Yeri gəlmişkən, bir müddət öncə vətəndaşının sürücülük vəsiqəsi üçün imtahan verməmişdən öncə hansı növ avtomobil idarə edəcəyini bildirəcəyi ilə bağlı məlumatlar yayılmışdır. Əgər avtomobil avtomatik idarə ediləndisə, bu, vəsiqədə qeyd olunacaq. 

Ancaq bu dəyişikliklə bağlı bəzi aspektlər açıq qalır. Və yəqin ki, bu səbəbdən prezidentin həmin sərəncamında 3 ay ərzində dəyişikliklərin hazırkı qanunvericilikdə əksini tapması göstərilib”, - Allahverənov qeyd edib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol