• $
  • €
  • ₽
  • ₺
  • £

Klinika direktoru cinayət işinə cəlb edildi

Klinika direktoru cinayət işinə cəlb edildi
28.06.2018 15:56
"StarMed” klinikasında cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişmiş 18 yaşlı qızın ölümündə daha bir vəzifəli şəxs də cinayət işinə cəlb edilib.

Anews.az report-a istinadən xəbər verir ki, cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə ilə birgə klinikanın direktoru Cəbrayıl Sultanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülüb.

O, Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilinir. C.Sultanovun barəsində başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilib.

Bu gün Yasamal Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Prosesdə klinikanın direktoru C.Sultanovun vəkili Vüqar Babayev vəsatət qaldırıb. O, müvəkkilinin günahsız olduğunu deyib və cinayət işinə xitam verilməsini istəyib.

Vəsatətlə bağlı qərar növbəti iclasda elan olunacaq.

Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.

Xatırladaq ki, 2015-ci ilin mart ayında "StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə 18 yaşlı qız Leyla Mürsəlova dünyasını dəyişib. Bununla bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra əməliyyatı aparmış cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə cinayət işinə cəlb edilib. Onların barəsində Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Sənan Mehdiyev və Emin Quluzadə barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir müddət əvvəl Yasamal Rayon Məhkəməsinin qərarı ilə bu cinayət işi təqsirləndirilən Sənan Mehdiyev və Emin Quluzadəyə daha ağır ittiham irəli sürülməsi üçün Bakı Şəhər Prokurorluğuna qaytarılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol