• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi liseylərdə təhsil müddəti azaldıldı

Hərbi liseylərdə təhsil müddəti azaldıldı
29.06.2018 09:22
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Hərbi Liseydə təhsil müddəti azaldılıb.

Oxu.Az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin  "Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və "Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

İndiyə qədər bu liseylərdə təhsil müddəti 3 il olub və ümumi orta (IX sinif), tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edib. Liseylərin IX sinfinə 15 sentyabr tarixinədək 14 yaşı tamam olmuş və 16 yaşı tamam olmamış VIII sinfi bitirmiş oğlanlar qəbul ediliblər. Liseylərə qəbul müdafiə naziri tərəfindən təsdiq edilən "Xüsusi təyinatlı tam orta təhsil müəssisələrinin fəaliyyətinin təşkili haqqında Təlimat”a uyğun olaraq həyata keçirilib. 

Dəyişikliyə əsasən liseylərdə təhsil müddəti 2 il olacaq və ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edəcək. Müvafiq olaraq liseylərin X sinfinə 15 sentyabr tarixinədək 15 yaşı tamam olmuş və 17 yaşı tamam olmamış IX sinfi bitirmiş oğlanlar qəbul ediləcəklər.

Liseylərə daxil olmaq üçün namizədlərin seçilməsi Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılacaq. Liseylərə qəbul biliyin qiymətləndirilməsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda namizədlərin əldə etdikləri nəticələrə əsasən həyata keçiriləcək.

İndiyə qədər liseylərin rəisi liseyə dövlət qulluqçusu olmayan mülki şəxsləri Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq işə qəbul və işdən azad edib. Bundan sonra isə liseylərin rəisi mülki işçiləri Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, Müdafiə Nazirliyində təhsilin təşkilinə cavabdeh olan yuxarı idarəetmə orqanının rəhbəri ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edə biləcək.

Dəyişikliyə əsasən liseylərin Müdafiə Nazirliyinin və Liseyin fəaliyyəti ilə bağlı redaksiya-nəşriyyat işlərini həyata keçirmək vəzifəsi ləğv edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol