• $
  • €
  • ₽
  • ₺
  • £

Prokuror Ağazadənin məhkəmə zalında həbsini istədi

Prokuror Ağazadənin məhkəmə zalında həbsini istədi
29.06.2018 12:32
Dələduzluq, rüşvət vermə, rüşvətə təhrik və digər cinayətlərdə ittiham olunan "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. O, Kəmalə Ağazadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbiri seçilməsini və məhkəmə zalında həbs edilməsini istəyib.

Növbəti proses iyulun 6-da davam edəcək.

İttihama görə, "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə edərək özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib. O, həmçinin vətəndaşları rüşvət verməyə təhrik edib.

Kəmalə Ağazadə 1998-ci ilin oktyabrından "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri vəzifəsində işləyib.

O, Səhiyyə Nazirliyi ilə "Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epitemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” layihəsinin tətbiqi üçün əməkdaşlıq edib.

Bu məqsədlə 2015-ci ilin avqustun 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb.

Həmin müqavilənin müddəti bitdikdən sonra Kəmalə Ağazadə onlara bildirib ki, Səhiyyə Nazirliyində işləyən aidiyyətı vəzifəli şəxsə rüşvət verməklə, əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına nail olacaq və onlarla yenidən xidmət müqaviləsi bağlayacaq.

Kəmalə Ağazadə 2015-ci ilin sentyabr və oktyabr ayında "Azərbaycan Uşaqları” İctimai Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600, Mahir Bayramovdan 2100 və Mahirə Sadıqovadan isə 2100 manat alıb.

O, ümumilikdə 7800 manat məbləğində pul alaraq, özünün şəxsi ehtiyaclarına xərcləyib.

Kəmalə Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanı tərəfindən Kəmalə Ağazadənin barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib. O, həbs edilməyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol