Nazir sələfinin “metodunu” dağıtdı: 1 milyarddan imtina...

Cari ilin ötən beş ayı ərzində qeyri-neft sektorundan və bütövlükdə əlavə dəyər vergisindən daxilolmalar sahəsində heç bir problem yaşanmayıb və hər iki istiqamət üzrə proqnozlara artıqlamasilə əməl olunub. Bu iki istiqamət üzrə vergi proqnozlarının dürüstləşdirilmiş büdcədə azaldılmasının real səbəbləri isə tamamilə başqadır. Burada söhbət Vergilər Nazirliyinin yeni rəhbərliyinin vergi ödəyiciləri ilə işləri yeni müstəviyə çıxarmasından gedir.
Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, professor Fikrət Yusifov büdcə dəyişikliyinə əsasən, qeyri-neft sektoru üzrə gəlirin 1 milyard 27 milyon manat azaldılmasına münasibət bildirərkən deyib. O bildirib ki, dəyişikliyin mahiyyəti vergilərin yığılmasındakı inzibati metodlardan imtina edilməsi və bunun əvəzində vergi ödəyiciləri ilə vergiyığanlar arasında sağlam bir mühitin formalaşmasından ibarətdir:
"Vergilər Nazirliyinin yeni rəhbərliyinin formalaşdırdığı bu sağlam mühit artıq öz bəhrəsini verib və qeyd etdiyimiz kimi, bu da öz növbəsində vergi proqnozlarının artıqlamasilə icra olunmasına imkan yaradıb. Dürüstləşdirilmiş büdcədə qeyri-neft sektorundan daxilolmaların azaldılması isə vergi ödəyicilərinin bundan öncə etdikləri artıq ödəmələri balaslanşdırmaq üçün atılan addımdır. Münasibətlərin belə sağlam bir müstəviyə transformasiya edilməsi vergi ödəyiciləri ilə vergiyığanlar arasındakı qarşılıqlı inamı əsaslı şəkildə möhkəmləndirəcək”.
Qeyd edək ki, büdcə dəyişikliyinə əsasən, Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə gəlir 1 milyard 27 milyon manat azaldılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























