• $
  • €
  • ₽
  • ₺
  • £

“Kimsə desə ki, maşınım qızıldan, təkərləri quş dimdiyindən idi, onda...” - Vaqif Əsədovdan yanğın açıqlaması

“Kimsə desə ki, maşınım qızıldan, təkərləri quş dimdiyindən idi, onda...” - Vaqif Əsədovdan yanğın açıqlaması
29.05.2020 12:15
"Əgər vətəndaş çıxıb desə ki, mənim avtomobilimin rəngi qızıldan, təkərləri isə quş dimdiyindən idi, onda qanunvericilikdə nəzərdə tutulmuş qaydada o məsələlərə baxılacaq”.
 Anews.az Modern.az-a istinadən xəbər verir ki, bunu bu gün Bakı şəhəri Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş verən yanğına münasibət bildirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.



V.Əsədov qeyd edib ki, yanğın yaxınlıqdakı zibillikdən meydançaya keçib və yanan avtomobillərin çoxu istismara yararsız olub:


"Nizami rayonu ərazisində yerləşən müvəqqəti mühafizə duracağının inzibati ərazisinə bitişik olan zibillikdə məlum olmayan səbəbdən yanğın hadisəsi baş verib və sonradan cərimə meydançasına keçib. Həmin ərazidə yol nəqliyyat hadisəsiylə bağlı, sahibi tərəfindən unudulmuş, eyni zamanda istismara tam yararsız olan avtomobillər yanıb. Hazırda həmin avtomobillərin kimlərə məxsus olması və sahiblərinə məlumat verilməsi ilə bağlı tərəfimizdən iş aparılır. Çox güman ki, yanan avtomobillərin çoxu istismara tam yararsız avtomobillərdir. Bu avtomobillərin elələri var ki, sahibləri belə onların arxasınca bu günə kimi gəlməyib. Hazırda araşdırma aparılır. Bu avtomobillərin elələri var ki, onların ərazidən götürülməsi üçün dəfələrlə sahiblərinə xəbərdarlıq edilib. Burda yanan avtomobillərin çoxu yararsız, üst-üstə yığılmış köhnə avtomobillərdir. Əgər vətəndaş çıxıb desə ki, mənim avtomobilimin rəngi qızıldan, təkərləri isə quş dimdiyindən idi, onda qanunvericilikdə nəzərdə tutulmuş qaydada o məsələlərə baxılacaq. Yanan avtomobillərin sayıyla bağlı araşdırma aparılır. Ötən il bu cür vəziyyətdə olan 600-dən çox avtomobili sahiblərinə verdik”.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol