• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail və Çexiyadan İrəvanı şoka salan AZƏRBAYCAN ADDIMI: Avropadan qalxan silah dolu təyyarə...

İsrail və Çexiyadan İrəvanı şoka salan AZƏRBAYCAN ADDIMI: Avropadan qalxan silah dolu təyyarə...
29.05.2020 04:43
26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş olunan DANA özüyeriyən artilleriya ermənilərin Çexiyada etiraz aksiyası keçirməsinə səbəb olub.

Publika.az xəbər verir ki, DANA Çexiya istehsalıdır və Azərbaycan bu artilleriya silahını 2017-ci ildə alıb.

"SpGH DANA” özüyeriyən haubitsaları 8X8 konfiqurasiyalı "Tatra” şassisində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4-5 nəfərdir. Hərbi maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən +70°-dək bucaq altında hündürlüyə atəş açmaq qabiliyyətinə sahibdir. Atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir.

Bu artilleriya qurğuları hərbi paradda nümayiş olundu. İyunun 27-də isə Çexiyadakı erməni diasporu Praqa şəhərində Azərbaycana silah satışına qarşı aksiya keçirdiblər. Əllərindən heç nə gəlməyəndə hay-küy salmaq klassik erməni üslubudur.

Ermənistanı narahat edən digər məqam Çexiyanın Azərbaycanla hərbi əməkdaşlığı davam etdirməsidir. Məlumatlara görə, Çexiya Azərbaycana artilleriya qurğuları ilə yanaşı, daşınabilən raketlər və yaylım atəşi açan reaktiv sistemlər də satmağa hazırlaşır.

Çexiyadan və Slovakiyadan biznesmenlər Azərbaycana daşınabilən raket quraşdırmalarının, özüyeriyən artilleriyanın və yaylım atəşinin (odunun) reaktiv sistemlərinin böyük partiyasını satmağa hazırlaşırlar.

Erməni şərhçi Tevos Arşakyan isə bu məsələdə Çexiyanı yox, İsraili ittiham edib.

Onun iddialarına görə, silahları Azərbaycana Çexiya yox, İsrail verib.

"Silahların yükləndiyi təyyarə Bratislava şəhərindən İsrailə uçdu və İsrailin hərbi aerodromlarından birinə endi, lakin bir neçə saat sonra həmin təyyarə havaya qalxdı və Azərbaycana doğru uçdu”, - deyə o iddiasında qeyd edib.

Bu iddialar təsdiqini tapmır, lakin doğru olsa belə bu, Azərbaycanın hərbi diplomatiyasının gücünü göstərir. Çünki Avropa İttifaqı münaqişə edən tərəflərə silah satılmasını qadağan edir, lakin Bakı arsenalına daxil etmək istədiyi silahı heç bir qanunu pozmadan əldə edə bilir. Əslində Ermənistanı dəhşətə salan amil məhz budur.

Arşakyan təklif edir ki, ermənilər İsrailə qarşı İranla, Fələstinlə, həmçinin, bir neçə ərəb ölkəsi ilə birləşməlidir.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol