• $
  • €
  • ₽
  • ₺
  • £

"Müfəttişlərin maşınların nömrəsini açmağa ixtiyarı yoxdur"

"Müfəttişlərin maşınların nömrəsini açmağa ixtiyarı yoxdur"
21.11.2014 12:54
 "Nəqliyyat Nazirliyinin bir sıra sabiq əməkdaşlarının hazırda fəaliyyət göstərən nəqliyyat müfəttişləri ilə əlbir olub taksi sürücülərindən və ya sadə vətəndaşlardan rüşvət tələb etmələri faktları aşkarlanıb. Faktlar nazirlikdə ciddi şəkildə araşdırılır".

 ANN.Az APA TV-yə istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib. Onun sözlərinə görə, nəqliyyat nazirinin müvafiq əmrinə əsasən, müfəttişlərin hər hansı nəqliyyat vasitəsindən dövlət qeydiyyat nömrə nişanını açmağa ixtiyarı yoxdur.

Bu hallar aşkarlanarsa, o zaman həmin müfəttiş dərhal işdən azad edilərək barəsində müvafiq cəza tədbirləri həyata keçiriləcək: "Ötən il 33 nəfər müfəttiş işdən azad olundu, 9 nəfər barəsində korrupsiya maddəsi ilə ittiham irəli sürülərək Respublika Prokurorluğuna təqdim olundu. Onlar barəsində ciddi tədbirlər görüldü. Bu gündə həmin tədbirlər görülür. Mən bir daha sürücülərin, xüsusilə də taksi sürücülərinin nəzərinə çatdırmaq  istəyirəm ki, kimsə-istər sabiq nəqliyyat müfəttişi, istərsə də hazırda fəaliyyət göstərən əməkdaş olsun onlardan pul tələb edərlərsə onlar birbaşa Nəqliyyat Nazirliyinin, Respublika Prokurorluğunun "qaynar xətti"nə və ya Daxili İşlər Nazirliyinə müraciət etsinlər".

Nazirlik rəsmisi deyir ki, qanun pozuntularının qarşısını almaq üçün nəqliyyat müfəttişlərinin xidməti avtomobillərinə xüsusi videokameralar quraşdırılıb. Əmrah Cəfərov bildirib ki, bu il də korrupsiya faktları ilə bağlı nazirliyə müraciətlər daxil olub. Aparılan araşdırmalardan sonra ilin yekunu olaraq onların sayı açıqlanacaq.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol