• $
  • €
  • ₽
  • ₺
  • £

Abonentin elektrik enerjisi xəbərdarlıq edilmədən kəsilə bilərmi?

Abonentin elektrik enerjisi xəbərdarlıq edilmədən kəsilə bilərmi?
30.06.2018 14:55
Bakı sakini borca görə elektrik enerjisinin bir ay müddətdən tez kəsilməsindən şikayət edir.

Binəqədi rayon sakini Zaur Nurullayev Oxu.Az-a bildirib ki, yaşadığı Mir Cəlal 72 ünvanında elektrik enerjisi qanunsuz kəsilib:

"İyunun 4-də ötən ay üçün 26 manat ödəniş etdim. İyunun 15-də isə əvvəlki 30 günlük istifadəyə dair bildiriş verilib.

İyunun 27-də "Azərişıq”ın işçiləri gəlib işığımızı kəsiblər. Onlara dedim ki, Nazirlər Kabinetinin qərarına əsasən, mənim bildiriş verildiyi gündən sonra ödəniş etmək üçün bir ay vaxtım var. 

Qurumun qaynar xəttinə zəng edib maraqlandım. Onlar da mənim haqlı olduğumu qeyd etdilər və telefonun dəstəyini asdılar”.

Məsələ ilə bağlı "Azərişıq” ASC-nin mətbuat rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, paytaxt sakini tərəfindən quruma şikayət daxil olmayıb:

"Həmin vətəndaş bizə müraciət etsin, məsələ araşdırılacaq və tədbirlər görüləcək.

Əhaliyə verilən elektrik enerjisi bir ay istifadə edilir, sonra isə bildiriş verilir. Abonent də həmin vaxt haqqını ödəyir. Hər şey qanun üzrə həyata keçirilir. Qanuna uyğun olaraq bildiriş verildikdən sonra 30 gün ərzində ödəniş edilməsi üçün vaxt verilir”.

Hüquqşünas Səməd Vəkilov bildirib ki, vətəndaşa xəbərdarlıq edilmədən elektrik enerjisini kəsmək qadağandır:

"Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli "Elektrik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, istehlakçıya elektrik enerjisinə görə bildiriş təqdim olunandan bir ay sonra həmin pul ödənilməsə, ona xəbərdarlıq edilməlidir. Borc ödənilməsə, elektrik enerjisi kəsilə bilər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol