Fədayə Laçının işi ilə bağlı YENİ XƏBƏR

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digər 12 nəfərin ittiham aktı ilə tanışlıq mərhələsi başlayıb.
anews.az xəbər verir ki, bu barədə report-a F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib.
Onun sözlərinə görə, ötən gündən etibarən Bakı İstintaq Təcridxanasında müvəkkili cinayət işi ilə tanış olur.
Vəkil söyləyib ki, F.Laçın barəsində başqa ittiham irəli sürülməyib, müğənni özünü qismən təqsirli bildiyini deyib.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























