• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən xəbərdarlıq

Yol polisindən xəbərdarlıq
21.11.2014 12:12

Bu gün səhər Bakıda maddi ziyanla nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələrin hər ikisi sürücülərin yol və meteoroloji şəraiti nəzərə almaması səbəbindən baş verib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda çiskinli və yağmurlu hava şəraitinin hökm sürməsi ilə bağlı sürücülərə xəbərdarlıq edir: “Yağışlı və çiskinli hava şəraitində sürücülər sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət yetirməlidirlər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin nəzərinə çatdırır ki, yağışlı hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və tormoz məsafəsinin uzanmasına səbəb olur”.V.Əsədov qeyd edib ki, ona görə də sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər: “Belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə şüşəsilənin işləməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına diqqəti artırmalıdırlar”. Bölmə rəisi bir daha xəbərdarlıq edib ki, paytaxt sürücüləri xüsusilə əsas prospektlərdə, şoselərdə, o cümlədən Aeroport şosesində avtomobili sürətlə idarə etməkdən çəkinməli, əhalinin olduğu yerlərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, çirkli yağış suları ilə ətrafdakıların üst-başını çirkləndirməsinlər.Qeyd edək ki, Azərbaycan sinoptikləri noyabrın 26-na qədər ölkə ərazisində qeyri-sabit, yağmurlu hava şəraitinin üstünlük təşkil edəcəyini bildiriblər.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol