• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ordusu möcüzələr yarada bilər - Polkovnik Manuxin

Azərbaycan ordusu möcüzələr yarada bilər - Polkovnik Manuxin
01.07.2018 07:03
azırda Azərbaycan Ordusu istənilən çağırışa cavab verə bilmək iqtidarındadır. Bu ordu 2016-cı ilin aprel döyüşlərində və 2 ay öncə Naxçıvan əməliyyatlarında qazanılanlardan daha böyük uğurlar əldə edə bilər".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, istefada olan tanınmış polkovnik Konstantin Manuxin Azərbaycan Ordusunun 100 iliyinə həsr olunmuş hərbi paradı və paradda Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirləri dəyərləndirərkən bildirib.
Veteran hərbçinin sözlərinə görə, Azərbaycan öz Silahlı Qüvvələri ilə həqiqətən fəxr edə bilər. Çünki tarix böyu uzun yol qət etmiş bu ordu hazırda dünyanın ən güclüləri sırasındadır: "Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinin qeyd edilməsi unikal tarixdir. Bunun özü də çox şey deyir. Real olaraq Silahlı Qüvvələrimiz bu qədər uzunmüddətli mövcud olmasa da, tarix məhz o vaxtdan hesablanır. Silahlı Qüvvələrimizin quruculuğunun əsas prinsiplərinin, psixologiyasının, strukturunun təməli məhz o zaman qoyulub. İndi biz geriyə dönüb baxır və sevinirik. Çünki biz bu 100 il ərzində qoyulmuş həmin təməli qoruya bildik və buna görə fəxr edə bilərik.Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 26-da Bakıda keçirilmiş hərbi paraddan öncəki çıxışından da bəlli olurdu ki, o, Silahlı Qüvvələrimizə görə qürur hissi keçirir. Bu hiss olunurdu. Mütəmadi səylərin və döyüş hazırlığının nəticəsində Ordumuzun son zamanlar əldə etdiyi uğurlar böyük təəssürat yaradır. Bu, həqiqətən belədir. Güc nümayişi isə həmin dövlətin qüdrətindən xəbər verir. Yəni biz hazırda faktiki olaraq istənilən çağırışa cavab verə bilmək iqtidarındayıq. Cənab prezident də qeyd etdi ki, ermənilərin işğal etdikləri ərazilərdə yaratdıqları infrastrukturun hamısını məhv edə bilərik. Ali Baş Komandan belə dedi: "Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər". Bir anlıq təsəvvür edin ki, biz bütün bu atış gücümüzü və şəxsi heyətin əldə etdiyi təcrübəni necə tətbiq edirik, bu, xoş təəssürat yaradır".K.Manuxin qeyd edib ki, məhz dövlət başçısının Silahlı Qüvvələrlə ilə bağlı baş verən bütün məsələləri diqqət mərkəzində saxlaması indiki ürəkaçan nəticələrin əldə edilməsinə gətirib çıxarıb: "Paradda düşmənə sarsıdıcı zərbə endirə biləcək ən müasir hərbi texnika və silahlarımızı gördük. Axı biz onları döyüşdə də tətbiq edə bilərik. Bilirsiniz ki, biz mütəmadi olaraq həm artilleriya, həm raket, həm hava hücumundan müdafiə, həm aviasiya, həm də digər müxtəlif hərbi təlimlər keçiririk. Bunlar da Silahlı Qüvvələrin döyüş hazırlığı barədə çox şeyi deyir. Bütün bunlara isə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev rəhbərlik edir. Onun Silahlı Qüvvələrimizin nəbzini daim əlində saxlaması mənim çox xoşuma gəlir. Dövlət başçısı Orduda baş verən bütün hadisələri diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, Ordumuz ilbəil güclənir. Təbii ki, ordu rəhbərliyinin də bunda böyük əməyi var. Ali Baş Komandanın onları layiqincə qiymətləndirməsi, orden və medallarla təltif etməsi də göstərir ki, onlar həqiqətən öz vəzifələrinin öhdəsindən gəlirlər və buna layiqdirlər. Azərbaycan Ordusu bundan da artığını edə, hətta möcüzələr yarada bilər".
 Hərbi ekspert Bakıdakı hərbi paradda Türkiyə hərbçilərinin keçid etməsinə də münasibət bildirərək bunun çox böyük əhəmiyyət kəsb etdiyini deyib: "Paradda təkcə Azərbaycan Silahlı Qüvvələri yox, türkiyəli tərəfdaşlarımız da iştirak edirdi. Onlar paradda iştirakı ilə bizə həm yerdə, həm də havada dəstək verməyə hazırlığını nümayiş etdirdilər. Bütün bunlar məni çox sevindirir və həvəsləndirir".
 






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol