• $
  • €
  • ₽
  • ₺
  • £

İntihar edən gəncin son sözləri - FOTOLAR

İntihar edən gəncin son sözləri - FOTOLAR
01.07.2018 07:23
Hamının gözü dolmuşdu... Valideynləri, qohumları, dostları, müəllim və kurs yoldaşları 22 yaşlı Ramizin vaxtsız  ölümünü kədərlə qarşılayırdı. Elə mərasim evinə girən zaman başsağlığı verdiyimiz hər bir yaxını onun savadlı, qabiliyyətli, nümunəvi bir gənc olduğundan danışırdı.
Bakıda intihar etmiş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft mühəndisliyi ixtisasının IV kurs tələbəsi  22 yaşlı Ramiz Şahmalıyevin iyunun 28-də 40 mərasimi keçirilib.
Vestibüldə Ramizin şəkillərindən ibarət stend mənim də diqqətimi çəkdi. Üzündə gülüş və həyat eşqi həkk olan bu gənc niyə özünə qıysın ki?!

Bu suala cavab almaq üçün 22 yaşlı gəncin həyat hekayəsini və bu hekayənin acı sonunun təfərrüatını  ailəsindən dinlədik.
Nə sual verəcəyimi, söhbətə haradan giriş edəcəyimi bilmirdim. Ananın kədərini gördükcə, boğazımda düyünlənmiş qəhəri gizlətməyə çalışırdım.
Ramizin anası Sübhanə xanım oğlunun nümunəvi uşaq olmağından danışdı:
"Oğlum uşaqlıqdan savadlı və qeyri-adi qabiliyyətinə görə yaşıdlarından fərqlənirdi. O, birinci sinifə beş yaşında getsə də, tezliklə sinfin birincisinə çevrildi. Ağıllı, tərbiyəli, hər şeyin yerini bilən uşaq idi. Özünü hər çətinlikdə sınamağı sevirdi.
Altı və yeddinci sinifi Quba Özəl Türk liseyində davam etdirmiş, akademik Zərifə Əliyeva adına liseyin məzunu olmuşdu. Məktəb illərində "İnformatika və proqramlaşdlrma” fənnindən şəhər üzrə birinci və respublika üzrə dördüncü yerə layiq görülmüşdü. 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft mühəndisliyi ixtisasına qəbul olmuşdu”.
Mərhumun anası deyir ki, oğlu universitetin birinci kursunda Dünya Neft Qaz Mühəndisləri (SPE) cəmiyyətinin Gənc İstedadlar layihəsinə seçilib:
"Beş Xəzəryanı ölkə arasında keçirilmiş müsabiqədə təqaüd proqramını qazanmışdı.
ADNA-da SPE-nin prezidenti seçilmişdi. İkinci kursdan etibarən ABŞ-la müştərək elmi tədqiqat işi aparmağa başlamışdı. Uğurları həddən artıq çox idi.  Magistr təhsilini ABŞ-da davam etdirmək üçün dəvət almışdı. Daha sonra isə Azərbaycana qayıdıb, vətəni üçün çalışmaq istəyirdi”. 

Bəs, necə oldu ki, belə istedadlı, pozitv və bu qədər uğurlara sahib olan gənc intihar yolunu seçdi?
Sübhanə xanım deyir ki, Ramiz son zamanlar depressiyadan əziyyət çəkirdi:
"Buna əsas səbəb aldığı stresslər idi. Sınaq imtahanlarında yüksək nəticələr göstərdiyi üçün müəllimləri də, biz də ondan 700 bal gözləyirdik.
İmtahandan bir gün əvvəl xəstələndiyi üçün ona ağrıkəsici iynə vuruldu. Nəticədə o, 565 bal topladı. Bu balı toplamaq onun üçün uğursuz nəticə idi. İlk stressini onda yaşadı. Bütün bunlara baxmayaraq, yenə də çalışır, uğurlar qazanırdı. Uşaqlıqdan rus bölməsində təhsil alsa da, Azərbaycan dilinə daha çox üstünlük verirdi. 
İngilis dilini mükəmməl bilirdi. Hər üç dildə fəlsəfi fikirlərini sosial şəbəkələrdə paylaşırdı. Şeirlər, replər yazırdı. Çox saf və təmiz bir insan idi. Həyatda bəzi şeyləri görüb qəbul edə bilmirdi və deyirdi ki, belə yaşamaq çox çətindir.
Son məktubunda  da qeyd etmişdi:
"Mən dünyanı dəyişmək istədim, daha da saf bir dünya görmək  istədim. Amma alınmadı”. 
O, öz arzuları ilə quş kimi aramızdan uçub getdi”.
Elə Ramizin məzarı üstünə özünün yazdığı şeirlərdən biri həkk olunub.
Elə bir yaşamdır ki,
        min yavanə çörək verər.
Elə bir ölümdür ki,
      yüz divanı ağlar edər.
Elə bir kədərdir ki,
      on sübhani qara edər.
Elə bir dəfndir ki,
       bir cahanı məzar edər.










www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol