Bakıda havanın tozlu olmasının səbəbi açıqlandı

Bakıda havanın tozlu olmasının səbəbi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Report-a açıqlamasına bildirib ki, Bakı və Abşeron yarımadasında bu gün səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.
Onun sözlərinə görə, səhər saatlarında ölkə ərazisinə daxil olan güclü (18-25 m/san) şimal-qərb küləyi nəticəsində ölkə ərazisində lokal tozlanma müşahidə edilib:
"Dünən ölkədə son 120 ilin ən yüksək temperaturu qeydə alınıb. Ümumilikdə son dövrlər Bakı və Abşeron yarımadasına yağış yağmaması, temperaturun yüksək olması, quraq hava şəraitinin müşahidə olunması lokal tozun əmələ gəlməsinə səbəb olub".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























