• $
  • €
  • ₽
  • ₺
  • £

Sabahdan rekord isti olacaq

Sabahdan rekord isti olacaq
02.07.2018 14:09
İyulun 3-də gün ərzində, iyulun 4-də də axşamadək ölkə ərazisində qızmar, anomal hava şəraiti davam edəcək.

Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, həmin müddətdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 40-43 dərəcə isti olacağı gözlənilir ki, bu da yüksək göstərici sayılır: "Bu gün hava nisbətən sərinləsə də, iyulun 3 və 4-də yenidən durğun hava şəraiti müşahidə ediləcək, 40-43 dərəcə isti olacaq. Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi 43-44 dərəcə isti bu il iyulun 1-də müşahidə edilib. İyulun 3 və 4-də qeydə alınacaq temperatur da rekord göstərici olacaq”.

Gözlənilən hava şəraiti ilə bağlı meteohəssas insanların, uşaqların, yaşlı insanların olduqca diqqətli olmasını vacib sayan U.Tağıyeva bildirib ki, ən maksimal temperaturlar saat 11.00-dan 17.00-dək gözlənildiyindən həmin müddətdə insanlar açıq havada olmamağa çalışsınlar”.

U.Tağıyeva əlavə edib ki, qızmar hava şəraitindən sonra iyulun 4-dən 5-ə keçən gecədən başlayaraq, hava sərinləyəcək, Bakıda şimal küləyi əsəcək. İyulun 5, 6 və 7-sində ölkə ərazisində sərin hava şəraiti müşahidə ediləcək və havanın temperaturu iqlim normasına yaxınlaşacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol