• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda mason sammiti

Bakıda mason sammiti
28.05.2020 21:36
Ötən həftənin şənbə günü dünyanın bir çox ölkələrindən masonlar Bakıya toplaşıblar. Virtualaz.org xəbər verir ki, məqsəd yerli mason təşkilatının-Azərbaycan Böyük Milli Lojasının Onuncu Assambleyasında iştirak etməkdir.  Assambleya paytaxtın beşulduzlu otellərindən birində keçirilir. Bu mason lojasının 10 il əvvəl Rusiya Böyük Lojası tərəfindən yaradıldığı, Azərbaycanın bir sıra nüfuzlu şəxslərinin, iri biznesmenlərinin və o cümldən yüksək vəzifəli məmurlarının orada təmsil olunduğu bildirilir.
Lakin Bakıdakı mason sammiti ətrafında müəmmalı hadisələr baş verməkdədir. Belə ki, sammitə qatılmaq üçün gələn Rusiya masonlarının nümayəndə heyəti bu yubiley mərasimində nəyə görəsə iştirak etməyiblər.


Belə ki, Rusiya Böyük Lojasının Böyük magistri, prezidentliyə eks-namizəd, politoloq Andrey Boqdanov assambleyanın keçirildiyi saatlarında Bakı bulvarında gəzərkən görünüb. Vesti.az Boqdanovla əlaqə saxlayıb, amma o situasiyanı şərh etmək istəməyib. Bundan əvvəl Boqdanov yerli mətbuata açıqlamasında bildirmişdi ki, 10 ildir hər il bu vaxtlarda Bakıya gəlir. Çünki Azərbaycan Böyük Milli Lojasının Assambleyasında iştirak edir.

Məlumata görə Azərbaycan Böyük Milli Lojasının bütün rəhbərliyi ABŞ vətəndaşlığı daşıyan iranlılardan və türklərdən ibarətdir. 10 ildir yaradılsa da bu loja Azərbaycanın Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb. Mason ənənələrinə və qanunlarına görə Böyük Loja ancaq o ölkədə yaradılır və fəaliyyət göstərir ki, həmin ölkənin hakimiyyəti buna icazə versin. Məhz bu səbəbdən İngiltərə Böyük Lojası indiyə qədər Azərbaycan Böyük Milli Lojasını tanımır. İstisna deyil ki, Rusiya Böyük Lojası da Azərbaycan lojasını tanımaq barədə qərarına yenidən baxacaq.
Şaiyələrə görə Azərbaycan Böyük Milli Lojası fətullahçı türklərin və ABŞ-da olan şah tərəfdarı iranlıların təsiri altına düşüb. Bu da Rusiya, Türkiyə və İranın maraqlarına uyğun deyil.



Virtualaz.org

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol