İlham Əliyev generalın 150 illik yubileyi haqqında sərəncam verib

Azərbaycan рrezidenti İlham Əliyev general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
ANN.Az APA-ya istinadən xəbər verir ki, sərəncama əsasən, Müdafiə Nazirliyi və Təhsil Nazirliyinə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim, general-leytenant Əlağa İsmayıl ağa oğlu Şıxlinskinin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Azərbaycan Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
ANN.Az
























